Çin Nepal sərhədində güclü sel: ölənlər və itkinlər var VİDEO

26.08.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Çin və Nepal sərhədində güclü sel və palçıq axını baş verib.

"Bakupost" xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Gironq sərhəd-keçid məntəqəsində qeydə alınıb.

Belə ki, Bhote Koshi çayı daşaraq kəndləri, yolları, körpüləri və infrastrukturu yuyub aparıb.

İlkin məlumatlara görə, 8-16 nəfər həyatını itirib, yüzlərlə insan itkin düşüb. İtkinlər arasında 291 xarici vətəndaşın olduğu bildirilir.

Polis, silahlı polis, hərbçilər və gömrük işçiləri də itkin siyahısındadır. Onlarla nəfər xilas edilib; axtarış-xilasetmə işləri davam edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью