Çin Nepal sərhədində torpaq sürüşməsi 16 ölü, 546 itkin var

30.08.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin və Nepal sərhədində yerləşən “Girong” sərhəd-buraxılış məntəqəsində dəhşətli torpaq sürüşməsi baş verib.

“Qafqazinfo” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, fəlakət nəticəsində 16 nəfər həlak olub, 546 nəfər isə itkin düşüb.

İtkin düşənlərdən 261-i 23 müxtəlif ölkənin (ABŞ, Rusiya, Böyük Britaniya, Hindistan və s.) vətəndaşıdır.

Yerli vaxtla saat 10:30 radələrində baş verən sürüşmə sərhəd məntəqəsini tamamilə yerlə-yeksan edib. Güclü su və palçıq axını kəndləri basıb, 19 körpünü və 40 kilometrə yaxın yolu dağıdıb.

Nepal hökumətinin ilkin hesablamalarına görə, təbii fəlakətin ölkə infrastrukturuna vurduğu ziyan 1.3 milyard dollar təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью