Çin Nepal sərhədindən dəhşətli görüntülər... Video

26.08.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Xəbər verdiyimiz kimi, Nepalda baş verən 4,4 bal gücündə zəlzələ nəticəsində meydana gələn torpaq sürüşməsi Bhote Koşi çayının qarşısını kəsib, nəticədə çayın qollarında suyun təzyiqi artıb və bir çox kəndi su basıb.
Yeniavaz.com
xəbər verir ki, sosial mediada Çinin Tibet bölgəsindəki Gyironq sərhəd-keçid məntəqəsinə daşqınların çatmasını əks etdirən dəhşətli kadrlar yayılıb.
Kadrlarda selin qarşısına çıxan hər şeyi dağıtması, onlarla insanın sel sularının altında qalması əks olunub.
Qeyd edək ki, sözügedən sərhəd keçid məntəqəsi Nepalın Rasuva rayonunun tam qarşısında yerləşir.
Bildirilir ki, ani sel əvvəlcə buraya zərbə vurub, daha sonra isə Nepalda böyük dağıntılara səbəb olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью