Çin növbəti beş il ərzində ÜST ə əlavə 500 milyon dollar verəcək

21.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 may, AZƏRTAC

Çin hakimiyyəti növbəti beş il ərzində Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 500 milyon dollar məbləğində əlavə maliyyə dəstəyi göstərmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəliyi məlumat verib.

“Çin növbəti beş il ərzində ÜST-ə 500 milyon dollar məbləğində əlavə maliyyə dəstəyi, o cümlədən Qlobal İnkişaf Fondu və Cənub əməkdaşlığı vasitəsilə layihələrə dəstək vermək niyyətindədir”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Daimi nümayəndəlik izah edib ki, Pekin təşkilatı qlobal səhiyyə idarəçiliyində aparıcı və əlaqələndirici rolunu yerinə yetirməkdə dəstəkləyir. O da qeyd olunub ki, tərəflər hələ də maliyyə dəstəyinin məqsədyönlü istifadəsinə dair razılığa gələ bilməyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью