Çin növbəti peyk qrupunu uğurla orbitə çıxarıb

18.06.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 iyun, AZƏRTAC

Çin “Kuaizhou-11” daşıyıcı raketi vasitəsilə peyk qrupunu uğurla orbitə çıxarıb.

AZƏRTAC Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, raket ölkənin şimal-qərbində yerləşən Jiuquan Peyk Buraxılış Mərkəzindən buraxılıb. Məlumata görə, buraxılış Pekin vaxtı ilə saat 11:58-də həyata keçirilib.

Qeyd edək ki, bu, “Kuaizhou-11” daşıyıcı raketinin növbəti uğurlu missiyası olub. Orbitə çıxarılan peyklərin müxtəlif kosmik xidmətlər və müşahidə məqsədləri üçün istifadə olunacağı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью