“Çin ölkələrin bərabərliyini daim müdafiə edir” Van İ

19.11.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Çin ölkələrin ölçüsündən asılı olmayaraq, hamısının bərabərliyini daim müdafiə edir”.

 525.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

O deyib ki, Çin beynəlxalq münasibətlərin demokratikləşdirilməsinə, eləcə də bərabərhüquqlu və nizamlı çoxqütblü sistemin qurulmasına çalışır.

Van İ bildirib ki, APEC sammiti çərçivəsində Çin, Rusiya və ABŞ liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş tarixə düşəcək.

“Çin Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp qlobal sülh, təhlükəsizlik və sabitliyə aid mühüm məsələlər ətrafında görüş keçirərək fikir mübadiləsi aparıblar. Tarixdə ilk dəfə keçirilən üç dövlət başçısının bu görüşü böyük əhəmiyyət daşıyır və uzaq perspektivdə mühüm nəticələrə səbəb olacaq. Bu görüş tarixə düşəcək əlamətdar hadisəyə çevriləcək”, - o əlavə edib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью