Çin orbitə 5 təcrübə peyki GÖNDƏRDİ

12.12.2024

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çin, peyk texnologiyası üzrə aparılacaq tədqiqatlar üçün adı açıqlanmayan 5 peyki kosmosa göndərib.

Redaktor.az xəbər verir ki, "Xinhua" agentliyinin verdiyi məlumata görə, peyklər "Long March 2D" raketi ilə ölkənin şimal-qərbində yerləşən Ciuçüen Peyk Mərkəzindən orbitə çıxarılıb.

Fırlatmadan sonra peyklər planlaşdırılmış orbitə uğurla yerləşdirilib. Bu, Long March raketlərinin həyata keçirdiyi 551-ci uğurlu missiya kimi tarixə düşüb.

Seymur BƏNNAYEV 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью