Çin orbitə gizli peyk buraxdı

03.12.2024

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gizli peyk daşıyan "Long March 3B" raketi Çinin cənub-qərbindəki Xichang kosmodromundan buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb.

Məlumata görə, orbitə buraxılan kosmik gəmi eksperimental telekommunikasiya peyki olan TJS-13 rabitə, radio, televiziya, məlumatların ötürülməsi və digər xidmətlərdə istifadə üçün nəzərdə tutulub. Həmçinin bildirilir ki, TJS-13 peyki ilə bağlı konkret detalların olmaması potensial ikili istifadə və ya hərbi imkanlardan xəbər verir.

Türkan İSGƏNDƏRLİ 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью