Çin orbitə üç kosmik kəşfiyyat peyki çıxarıb

19.11.2025

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çin “Long March 2C” daşıyıcı raketindən istifadə edərək üç “Shijian-30” kosmik kəşfiyyat peykini uğurla orbitə çıxarıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 19 noyabrda yerli vaxtla saat 12:01-də "Shijiang-30 A", "B" və "C" kosmik tədqiqat peykləri Çinin şimalındakı Jiuquan Peyk Buraxılış Mərkəzindən "Long March-2C" buraxılış vasitəsi ilə uğurla buraxılıb.
Missiya uğurlu hesab edilib və peyklər təyin olunmuş orbitlərinə yerləşdirilib. Bu buraxılış "Long March" buraxılış vasitələri üçün 608-ci buraxılışdır.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью