Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Çin öyrənilmiş nadir torpaq metallarının həcminə görə dünyada birinci yerdədir.
Bu barədə Oxu.Az Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqına istinadla xəbər verir.
Çinin öyrənilmiş nadir torpaq metal ehtiyatları 44 milyon ton qiymətləndirilir, bu da dünyada bu göstərici üzrə 2-7-ci yerləri tutan ölkələrin öyrənilmiş məcmu nadir torpaq ehtiyatlarından iki dəfə çoxdur.
Məsələn, Braziliyada nadir torpaq metallarının tədqiq edilmiş ehtiyatları 21 milyon ton, Hindistanda 6.9 milyon ton, Avstraliyada 5.7 milyon ton, Rusiya Federasiyasında 3.8 milyon ton, Vyetnamda 3.5 milyon ton, ABŞ-də 1.9 milyon ton qiymətləndirilir. Bundan əlavə, Qrenlandiyanın 1.5 milyon ton öyrənilmiş ehtiyatı var.