Çin öz vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

06.12.2024

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çin silahlı münaqişənin genişlənməsi fonunda vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Çinin Suriyadakı səfirliyi məsələ ilə əlaqədar xəbərdarlıq yayıb. Səfirlik Suriyadakı təhlükəsizlik vəziyyəti ilə əlaqədar vətəndaşlarına ən qısa zamanda ya Çinə qayıtmağı, ya da 3-cü ölkəyə keçməyi tövsiyə edib. Suriyanı tərk etmək istəməyənlərin yüksək təhlükə riski ilə üz-üzə qalacaqları diqqətə çatdırılıb.

Qeyd edək ki, son günlər Suriyanın şimal hissəsində üsyançı qüvvələr xeyli irəliləyərək, Hələb və Həma şəhəri daxil olmaqla, bir neçə yaşayış məntəqəsini ələ keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью