525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Çin infrastruktur layihələri və siyasi təzyiqlər vasitəsilə Panama kanalına nəzarəti ələ keçirməyə çalışır”.
525.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.
“Çin kommunistləri siyasətçilərə nəzarət etmək arzusundadırlar. Onlar Panama kanalını ələ keçirmək istəyirlər. Prezident Tramp isə bildirib ki, bu, mümkün deyil”, - deyə Pentaqon rəhbəri bildirib.
P.Heqset vurğulayıb ki, keçmiş prezident Co Baydenin administrasiyası dövründə Birləşmiş Ştatlar sükan arxasında yuxuda idi: “Lakin indi vəziyyət dəyişəcək”.
Qeyd edək ki, aprelin 10-da prezident Tramp ABŞ qoşunlarının Panamada yerləşdirildiyini açıqlayıb. Lakin o, hərbi qulluqçuların dəqiq sayını açıqlamayıb.
Daha əvvəl Pentaqon rəhbəri vurğulamışdı ki, ABŞ-nin əsas prioritetlərindən biri Panama kanalına sərbəst və təhlükəsiz girişin təmin edilməsidir.
İbrahim Cəfərov