Çin paradda ilk dəfə qitələrarası nüvə raketini nümayiş etdirib

03.09.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Çin ordusu Pekində keçirilən paradda məhvetmə radiusu bütün planeti əhatə edən "DF-5C" strateji qitələrarası nüvə raketini təqdim edib.

Oxu.Az Rusiya KİV-ə istinadən məlumat verir ki, parad zamanı uzunmənzilli aviasiya raketi "JL-1", sualtı bazalı qitələrarası raket "JL-3", eləcə də quru bazalı qitələrarası raketlər "DF-31" və "DF-61" təqdim olunub.

Qeyd edək ki, Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью