“Çin pərdəarxası siyasətlə gücünü artırır” ŞƏRH

14.05.2026

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“ABŞ və Çin öz aralarlndakı siasi sahədəki fikir ayrılıqlarını açıq dilə gətirmirlər. Çünki Çin pərdə arxasındakı gücdür”.

Gununsesi.info bildirir ki, bunu professor Qulu Məhərrəmli deyib:

“Belə ehtimallar var ki, Suriya hadisələrində, HƏMAS və İran hücumlarında, hətta Rusiyanın Ukraynaya açdığı cəbhənin kölgəsinde Pekin var. Son illərdə isə Çin Yaxın Şərqdə qızışan nüfuz savaşında gizli şəkildə iştirak edir.

Bütün bunlara baxmayaraq ABŞ və Çin açıq şəkildə üz-üzə gəlmirlər. Mövcud ziddiyyətləri iqtisadi əməkdaşlıq yolu ilə aradan qaldırmağa çalışırlar. Əslində bu, Çinin çox uğurlu siyasətidir ki, dünyadakı bütün toqquşmalardan (Rusiya-Ukrayna, ABŞ-İran və s.) ağıllı şəkildə öz iqtisadi maraqları üçün istifadə edir. Donald Trampın Çinə iki günlük səfərində də əsasən iqtisadi münasibətlər müzakirə olunacaq. ABŞ nümayəndə heyətində İlon Mask və Tim Kuk kimi məşhur texnologiya ulduzlarının yer alması onu deyir ki, bu sahədə əməkdaşlıq məsələsi ön planda olacaq”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью