Çin Qırğızıstan Özbəkistan dəmir yolu layihəsinin maliyyələşdirilməsi üzrə saziş imzalandı

17.12.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bişkekdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb. Layihənin ümumi dəyəri 4,7 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Avtosfer.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Saziş region ölkələri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsini, yüklərin daşınma müddətinin azalmasını və ticarət dövriyyəsinin artmasını nəzərdə tutur. Yeni dəmir yolu marşrutu Çinlə Mərkəzi Asiya arasında strateji logistik dəhliz rolunu oynayacaq.

Rəsmi şəxslərin bildirdiyinə görə, layihə həyata keçirildikdən sonra Qırğızıstan və Özbəkistanın tranzit potensialı əhəmiyyətli dərəcədə artacaq, regionun iqtisadi inteqrasiyasına və infrastruktur inkişafına əlavə təkan veriləcək./cross.media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью