Çin qlobal süni intellektin idarə olunması sistemi yaratmağı təklif edir

14.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Çin süni intellektin inkişafı sahəsində qlobal idarəetmə sisteminin yaradılması üçün bütün tərəfdaşlarla əməkdaşlığa hazırdır.

APA "TASS"a istinadən xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Xanxuey bildirib.

"Birgə müzakirə, birgə inşa və birgə istifadə prinsiplərinə əsaslanaraq, Çin effektiv qlobal süni intellekt idarəetmə sisteminin yaradılmasında bütün tərəfdaşlarla əməkdaşlıq etməyə hazırdır", – deyə diplomat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью