Çin rəsmisi: “ABŞ ilə fikir ayrılıqlarının danışıqlarla həllini davam etdirəcəyik“

26.01.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çin hakimiyyəti ABŞ ilə ikitərəfli ticarət və iqtisadi əməkdaşlıqla bağlı fikir ayrılıqlarının həllini danışıqlar yolu ilə həyata keçirməyə davam edəcək".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Ticarət Nazirliyinin Xarici Ticarət Departamentinin rəhbəri Van Çjihua deyib:

"Çin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və faydalı əməkdaşlıq kimi prinsiplərə əsaslanan mühüm konsensusa dəstək olmaq və onu həyata keçirmək üçün ABŞ ilə işləməyə hazırdır. Pekin fikir ayrılıqlarının həlli istiqamətində sabit, sağlam və davamlı inkişafın təmini üçün ikitərəfli məsləhətləşmə mexanizmindən səmərəli istifadə etmək niyyətindədir".

O, Çin və ABŞ-nin 2025-ci ildə müvafiq danışıqların beş raundunun keçirdiyini və bunun müsbət nəticələr verdiyini qeyd edib. Nazirliyinin rəsmisi tərəflərin mövcud problemləri dialoq yolu ilə uğurla həll edə biləcəyinə əminliyini bildirib.

Çinin Baş Gömrük İdarəsinin məlumatlarına görə, 2025-ci ildə iki ölkə arasında ticarətin həcmi əvvəlki illə müqayisədə 18.7% azalaraq, 559.74 milyard dollara düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью