Icma.az, Ayna saytına istinadən bildirir.
Humanoid robot qarlı ərazidə təxminən 130 min addım məsafə qət edib
Çinin “Unitree G1” humanoid robotu rekord dərəcədə aşağı temperaturda sınaqları uğurla başa vurub. AYNA.AZ xəbər verir ki, bu barədə “Cnevpost.com” saytı məlumat yayıb.
Sınaqlar Çinin Sincan əyalətinin yüksək dağlıq bölgəsində -47.5°C-yə qədər olan temperaturda baş tutub. Təcrübə zamanı humanoid robot qarlı ərazidə təxminən 130.000 addım (təxminən 100 km) məsafə qət edib.
Nəşrin məlumatına görə, humanoid robotlar əvvəllər heç vaxt bu qədər aşağı temperaturda sınaqdan keçirilməyib.
Bildirilib ki, tərtibatçılar robotun ekstremal şəraitdə dəqiq işləmə müddətini təqdim etməyiblər. Lakin normal temperatur şəraitində bu modelin standart batareyası təxminən iki saat fasiləsiz işləməyi təmin edir.