Çin Rusiya ilə ABŞ ni barışdırmaq istəyir

29.07.2025

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çin hakimiyyəti Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılmasının, Moskva və Vaşinqtonun qlobal sabitliyin təmin olunmasına töhfə verməsinin tərəfdarıdır.


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun məlumat verib.


“Çin Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılmasını, onların qlobal sülh və sabitliyin təmin olunmasına töhfəsini alqışlayacaq”, - o, brifinqdə Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın avqustun sonu – sentyabrın əvvəlində Pekində görüşünün mümkünlüyünü şərh edərkən deyib.


Fidan Hacızadə
Sfera.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью