Çin Rusiya neftindən imtina etməyə məcburdur

24.10.2025

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Çinin dövlət neft şirkətləri Rusiyanın "Rosneft" və "Lukoil" şirkətlərinə tətbiq edilmiş sanksiyalardan sonra bu ölkədən neft alışını dayandırıblar.
Reyting.az
xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
Nəşrin istinad etdiyi mənbələr bildiriblər ki, "PetroChina", "Sinopec", "CNOOC" və "Zhenhua Oil" kimi böyük Çin şirkətləri çox yaxın dövrlərdə Rusiya neftinin dəniz yolu ilə alınmasını dayandıracaq, bunun isə əsas səbəbi həmin şirkətlərin ABŞ-nın sanksiyalarından ehtiyat etmələridir.
Çin müstəqil emalçılar vasitəsilə gündəlik təxminən 1,4 milyon barrelə yaxın Rusiya nefti idxal edir ki, artıq onların alışlarının da müvəqqəti dayandırılması və mövcud vəziyyəti qiymətləndirməsi gözlənilir.
Xatırladaq ki, ABŞ və Avropa İttifaqı bu həftə "Lukoil", "Rosneft" və onların 34 törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bu sanksiya qərarı o deməkdir ki, artıq Rusiyanın şirkətləri ilə işləməyə davam edən bütün tərəfdaşları ikinci dərəcəli, həmçinin sərt sanksiyalar gözləyir.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью