Çin Rusiya neftinin alışını kəskin azaltdı

22.01.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


2025-ci ildə Çin Rusiya neftinin alışını 2014-cü illə müqayisədə 7,14 faiz azaldıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı Çin Baş Gömrük İdarəsinin dərc etdiyi məlumatda bildirilib.

Ötən ilin 12 ayında Çinə Rusiya neftinin tədarükü 100,723 milyon ton təşkil edib. Pul baxımından bu, 49,8 milyard dollar təşkil edib. 2014-cü ildə Çin 108,469 milyon ton Rusiya nefti alıb. Pul baxımından bu, 62,589 milyard dollar təşkil edib.

Fərq və ya azalma 7,75 milyon ton təşkil edib ki, bu da 12,79 milyard dollar dəyərindədir. Rusiya ixracatçıları üçün əsas problem Qərb düşərgəsi tərəfindən Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsidir. Ekspertlərin fikrincə, bu şəraitdə tədarük tempini qorumağın yeganə yolu qiymət elastikliyi, yəni endirimlərdən istifadə etməkdir.

Asena,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью