Çin Rusiya neftinin tədarükünü artırıb

20.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

2024-cü ildə Çinin Rusiyadan neft idxalı 1,3% artıb.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki,bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, 2024-cü ilin sonunda Çin Rusiya neftinin idxalını 2023-cü illə müqayisədə 1,3% artırıb. 2024-cü ildə Rusiyadan Çinə neft tədarükünün həcmi 108,47 milyon ton təşkil edib. Eyni zamanda idxalın dəyəri 62,42 milyard dollara çatıb.

Qeyd edək ki, Rusiya Çinə neft tədarükündə birinci yeri tutmaqda davam edir.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью