Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Çinlə Rusiyanın yaxınlaşması yeni proses deyil, uzun müddətdir davam edir.
Məhz bu əməkdaşlığın nəticəsidir ki, Rusiya bu gün Ukraynaya qarşı müharibəni davam etdirə bilir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov səsləndirib.
“Çin və Rusiyanın ortaq maraqları var. Hər ikisi üçün əsas rəqib ABŞ və Qərbdir.
Ona görə də bir cəbhədən Qərbə qarşı çıxış etməyə səy göstərirlər”.
Ekspert bildirib ki, bu yaxınlaşmanın Cənubi Qafqaz və Azərbaycan üçün həm üstünlükləri, həm də riskləri mövcuddur: “Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq mövcuddur.
“Bir kəmər, bir yol” təşəbbüsündə ölkəmizə xüsusi rol ayrılıb.