Çin Rusiyanın Qərb sanksiyalarına qarşı mübarizə üsullarını öyrənir

01.12.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Çin Rusiya nümunəsində Qərb sanksiyalarına qarşı müqavimət imkanlarını tədqiq edir. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “The Wall Street Journal” öz mənbələrinə istinadən çıxış edib.

Məlumata görə, Pekin bunun üçün xüsusi idarələrarası qrup da yaradıb və o, ölkə rəhbəri üçün mütəmadi olaraq hesabatlar hazırlayır. Qəzet Çin nümayəndələrinin xüsusilə tez-tez Rusiyaya səfər edərək, burada Mərkəzi Bank və Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşdüyünü yazıb.

Qeyd edilib ki, Pekini esas maraqlandıran məsələnin Tayvanda gərginlik yaranacağı halda ona Rusiya nümunəsində olduğu kimi hansı sanksiyaların tətbiq olunacağıdır.

Əliyar Xəlil 

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью