Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Estoniya kəşfiyyatı Rusiyanın 2030-cu ilə qədər planlarını açıqlayıb ...Hərbi pilotsuz təyyarə texnologiyasının inkişafını prioritet hesab edən Rusiya pilotsuz təyyarələrin inkişafı üçün ölkə daxilində 48 tədqiqat və istehsal mərkəzi yaradıb.
Hazırda Moskva pilotsuz təyyarələr üçün Qərb komponentlərini Çindən alır.
SİA-nın məlumatına görə, Amerikanın Səsi yazır ki, bu barədə Estoniya Xarici Kəşfiyyat Xidmətinin illik hesabatında deyilir.
Kəşfiyyat məlumatlarına görə, Rusiya 2030-cu ilə qədər bu layihəyə hər il orta hesabla 1 milyard avro ayırmağı planlaşdırır və bu sahə üzrə mütəxəssislər üçün milli elektron məlumat bazasında qeydiyyata alınacaq bir milyon iş yerinin yaradılması məqsədini güdür.
Bundan əlavə, dronlarla bağlı təlimlərin Rusiya məktəblərinin 75 faizinə inteqrasiyası planlaşdırılır.
Sənədə görə, Çin Rusiyaya hücum dronlarının istehsalı üçün vacib Qərb komponentlərinin qaçaqmalçılığının “əsas mərkəzidir”.
Söhbət Rusiya Federasiyasının Çin vasitəsilə aldığı komponentlərin təxminən 80 faizindən gedir.