Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çin Rusiyaya “Oreşnik” raketlərinin istehsalında kömək edir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Nəşrin məlumatına görə, Çin Rusiyaya nüvə döyüş başlıqlı hipersəs raketlərinin istehsalında istifadə olunan alət və avadanlıqlar tədarük edir.
Söhbət, xüsusilə, “Oreshnik” raketindən gedir.
Qeyd edilir ki, bu raketlərdə quraşdırıla bilən döyüş başlıqlarının hazırlanması üçün Çin tərəfindən Rusiyaya ötürülmüş ixtisaslaşmış dəzgah və alətlərdən istifadə olunur. Qəzetin məlumatına əsasən, ötürülən avadanlığın ümumi dəyəri 10,3 milyard dollar təşkil edir. Dəzgahlardan əlavə, Pekin Kremlə müxtəlif ehtiyat hissələri və mikroçiplər də göndərib.
Bizim.Media