Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çin Xarici İşlər Nazirliyi (XİN) Pekinin Rusiyaya silah tədarük etməsi ilə bağlı xəbərləri təkzib edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Lin Tsyan brifinqdə Ukrayna tərəfinin Çinin Rusiyaya barıt və artilleriya sistemləri tədarükü ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.
"Çin heç vaxt münaqişə tərəflərindən heç birinə öldürücü silahlar təqdim etməyib və ikili təyinatlı məhsulların ixracına həmişə ciddi nəzarət edib. Çin əsassız ittihamlara və siyasi manipulyasiyalara qəti şəkildə qarşı çıxır", - deyə XİN nümayəndəsi vurğulayıb.