Çin Sədri Moskvaya səfər edəcək

10.02.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin Sədri Si Cinpin mayda Rusiyaya səfər edəcək.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Çindəki səfiri iqor Morqulov açıqlayıb.

Onun sözlərinə görə, Çin lideri Moskvada Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 80-ci ildönümü ilə bağlı keçirilən tədbirlərə qatılacaq.

Bildirilib ki, tədbirdə iştiraka dair dəvəti qəbul edən Cinpin öz növbəsində Rusiya Prezidenti Vladimir Putini Çinə səfərə dəvət edib.

Xatırladaq ki, Çin Sədri sonuncu dəfə 2023-cü ilin martında Putinin dəvəti ilə Moskvaya səfər edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью