Çin sədri: Ticarət müharibələrində qalib yoxdur

10.12.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Tarif, ticarət və elmi-texniki müharibələr tarixin tendensiyalarına ziddir və iqtisadiyyatın qanunlarına ziddir".

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşündə Çin sədri Si Cinpin deyib.

O, ABŞ-ni ikitərəfli münasibətləri normallaşdırmağa və ticarət müharibəsindən qaçmağa çağırıb.

"Ümid edirəm ki, ABŞ Çinlə ikitərəfli münasibətləri sabit, sağlam və davamlı inkişafa istiqamətləndirmək üçün işləyəcək. Pekin öz növbəsində Vaşinqtonla dialoqu davam etdirməyə, əməkdaşlığı genişləndirməyə və ixtilafları nəzarətdə saxlamağa hazırdır", - deyə Cinpin qeyd edib.

Gülşən Şərif 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью