Çin Səfirliyi: ABŞ Pekini qaralamağı dayandırmalıdır

31.12.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

"Birləşmiş Ştatlar kibertəhlükəsizlikdən Çini qaralamaq və böhtan atmaq üçün istifadə etməyi dayandırmalıdır". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ-dəki Çin səfirliyinin sözçüsü Liu Pengyu deyib.

Onun sözlərinə görə, Pekin heç bir fakta əsaslanmadan ABŞ-nin Çinə qarşı böhtan xarakterli hücumlarına qətiyyətlə qarşı çıxır:

"Çin özü beynəlxalq kiberhücumların hədəfidir və ardıcıl olaraq bütün formalarda kiberhücumlara qarşı çıxır və onlarla mübarizə aparır. Birləşmiş Ştatlar qondarma Çin hakerlik təhdidləri haqqında hər cür dezinformasiya yaymağı dayandırmalıdır".

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью