Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri ənənəvi enerji ehtiyatlarının istehsalını və tədarükünü birgə təmin etməlidirlər.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin Dövlət Şurasının Baş naziri Li Çjan ŞƏT Hökumət Başçıları Şurasının genişləndirilmiş iclasında bildirib.
"Biz beynəlxalq nəqliyyat dəhlizlərinin sabit və davamlı sistemini yaratmalı, Şimal Dəniz Marşrutunun, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və digər dəhlizlərin inkişafını intensivləşdirməli, multimodal daşımaları fəal şəkildə inkişaf etdirməli, nəqliyyat tutumunu artırmalı və bitişik ərazilərdə sənaye inkişafını stimullaşdırmalıyıq", - deyə Çjan qeyd edib.
Gülşən Şərif