“Cin şeytan görüntülərinə baxırmış” 13 yaşlı qızın dəftərinə çəkdikləri

02.12.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı mərhumun atası Baku TV-yə danışıb.

Atasının sözlərinə görə, yeniyetmə gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxırmış:

“Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Dəhşətdi. Cin, şeytan, qəbiristanlıq kimi görüntülərə baxırmış. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib. Əsasən, telefonundadır”.

Daha ətraflı süjetdə:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью