Çin Si Cinpin, Tramp və Putinin görüşünü təsdiqləyib

16.11.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Çin Sədri Si Cinpin noyabrın 19-da Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin ilə üçtərəfli görüş keçirəcək.

Bunu Çinin Xarici İşlər Nazirliyi təsdiqləyib.

"Noyabrın 19-da Çin Sədri Si Cinpin Şençjendə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla görüş keçirəcək", - XİN-in açıqlamasında deyilir.

Tədbirin üçtərəfli formatda keçiriləcəyi dəqiqləşdirilib.

Pekin əvvəllər belə görüşü rəsmən təsdiqləməyib. "Reuters" mənbələrə istinadən bildirib ki, Çin Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşdə Rusiya-Ukrayna münaqişəsinin müzakirəsinə qarşıdır. /"Report"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью