Icma.az bildirir, Report.az saytına əsaslanaraq. Bu gün Çinin "DongFang Electronics" şirkətinin nümayəndə heyəti “Azərişıq” ASC-nin işğaldan
“Report”un ezam olunmuş müxbiri xəbər verir ki, dövlətin dəstəyi ilə qısa müddətdə həyata keçirilən bərpa işləri barədə qonaqlara geniş məlu
Səfər zamanı elektrik təsərrüfatının müasir standartlara uyğun qurulması və gələcək əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Bakıda keçirilən COP29 tədbiri çərçivəsində “Azərişıq” ASC ilə “DongFang Electronics” şirkəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə danışıqlar aparılıb.
Bu əməkdaşlıq çərçivəsində “Azərişıq” rəhbərliyi 2024-cü il dekabrın 5-də Çinin Yantay şəhərində “DongFang Electronics” şirkətinə səfər edib.
Burada şirkətin innovativ texnologiyaları, məhsulları və beynəlxalq layihələri təqdim olunub.
Səfər zamanı qonaqlar şirkətin istehsal müəssisələrində amorf nüvəli üçbucaq tipli transformatorlar, yüksək dəqiqlikli hesabat sayğacları, kameralı sayğac qutuları və müasir rabitə protokolları (RS, GPRS, PLC) ilə təchiz olunmuş smart sayğaclarla tanış olublar.
Bu smart sayğaclar qaz, su və elektrik enerjisi istehlakını bir yerdə idarə etmək imkanı verir.