Çin şirkəti ilə alternativ enerji müzakirəsi

11.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Energetika naziri Pərviz Şahbazovla “China Energy International Group”un icraçı prezidenti Lin Xiaodanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında əməkdaşlıq çərçivəsində ölkəmizdə elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatının gedişatı müzakirə edilib. Tədqiqatın modelləşdirmə mərhələsi, elektrik sisteminin təhlilinin tamamlanması və yekun hesabatın hazırlanması ilə bağlı görülən işlər nəzərdən keçirilib.

Qeyd olunub ki, tədqiqatın nəticələri şəbəkənin əlavə bərpaolunan enerji güclərini qəbul etmək imkanlarının müəyyənləşdirilməsi və növbəti bərpaolunan enerji layihələrinin mərhələli inkişafının planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə “China Energy”nin Azərbaycanda ilk investisiya layihəsi kimi nəzərdə tutulan 160 meqavat gücündə Günəş elektrik stansiyasının, eləcə də Xəzər dənizində külək enerjisi layihəsinin icrasından irəli gələn məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью