Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Britaniyanın “Financial Times” (FT) qəzetinin məlumatına görə, Çinin Sea Legend şirkəti bu həftə Şimal Dəniz Yolu ilə Çindən Avropaya müntəzəm konteyner daşımalarına başlayacaq.
“Cebheinfo.az” xəbər verir ki, Çinin Ninbo-Joushan limanından Britaniyanın Felikstou limanına Şimal Dəniz Yolu ilə həyata keçiriləcək həftəlik daşımalar iki liman arasındakı səfər müddətini təxminən yarıya endirərək 20 günə çatdıracaq.
Allianz sığorta şirkətinin dəniz riskləri üzrə məsləhətçiliyinin rəhbəri Rahul Xannanın sözlərinə görə, Arktika və Şimal Dəniz Yolu vasitəsilə gəmiçilik trafikində nəzərəçarpacaq artım müşahidə olunur. Ekspert bildirib ki, gəmilər və gəmi sahibləri bu marşrutu əhəmiyyətli vaxt və maliyyə qənaəti əldə etmək, həmçinin geosiyasi maneələr və münaqişə zonalarından yan keçmək imkanı kimi qiymətləndirirlər.
Çin 2018-ci ildə Arktika siyasəti ilə bağlı Ağ Kitab yayımlayıb. Sənəddə Pekinin Arktika gəmiçilik marşrutlarının inkişafı və istifadəsi vasitəsilə bütün tərəflərlə əməkdaşlıq edərək “Qütb İpək Yolu”nun yaradılmasına hazır olduğu bildirilib. Şimal Dəniz Yolu Rusiyanın Arktika sahilləri boyunca uzanan və Şimal Buzlu Okeanının dənizlərindən keçən əsas gəmiçilik marşrutlarından biridir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin