Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü

14.09.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də qəza zamanı hava yastığından qopan metal hissələr daha bir sürücünün həyatına son qoyub.

Avtosfer.az xəbər verir ki, hava yastığını Çinin DTN şirkəti istehsal edib. Bu şirkətin məhsullarının ABŞ-yə idxalı yanvarda qadağan edilib. Ölkənin nəqliyyat təhlükəsizliyinı məsul qurumu NHTSA bildirir ki, DTN-nin yastıqları azı 10 nəfərin həyatına son qoyub.

Məlum olub ki, DTN-in inflyatorları (pirotexnik patron) işə düşərkən avtomobil salonuna metal qəlpələr səpələnir. Bu da çox ciddi xəsarət və ölümlə nəticələnir (vaxtilə Takatanın yastıqlarında da oxşar hal baş vermişdi).

Rusiya mediası xəbər verir ki, bu hava yastıqlarından keçmiş SSRİ məkanında qəza keçirmiş avtomobillərin bərpası zamanı həm sığortaçılar, həm də adi ustalar istifadə edirlər. Onları onlayn satış platformalarından sifariş etmək mümkündür.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью