Çin şirkətlərinə yenidən “Boeing” almağa icazə verildi

13.05.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ və Çin nümayəndələrinin Cenevrədəki danışıqları “Boeing” şirkəti üçün də səmərəli olub. 

Avtosfer.az xəbər verir ki, Çin hökuməti yenidən yerli şirkətlərin ABŞ istehsalı olan təyyarə almasına icazə verib. Tramp administrasiyasının gömrük tariflərini artırmasına cavab olaraq Pekin ötən ay “Boeing” təyyarələrinin alınmasını qadağan etmişdi. Pekindəki anqarda gözləyən 3 ədəd yeni təyyarə isə ötən həftə istehsal olunduğu zavoda geri qaytrarılmışdı. Sözügedən təyyarələrin sifarişçiləri həmin hava gəmilərini gələn həftə təkrarən təhvil alacaq. 

Çin “Boeing” şirkətinin müştəriləri sırasında ciddi yerə sahibdir. Bu ölkədə çox sayda qiymətli təyyarə detalı istehsal edilir. Amerika şirkətinin sifarişlərinin 10 faizindən çoxu

Çindən gəlir.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью