Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çin xarici işlər naziri Vanq Yi Dəməşqin mümkün qədər tez bir zamanda sülhə nail olmasına dəstək verəcəyinə söz verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, o, bu açıqlamanı Pekinə ilk rəsmi səfərində olan suriyalı həmkarı Əsəd əl-Şibani ilə görüşündə verib.
Çin xarici işlər naziri Çinin Suriyanın yenidənqurma planı axtarışında onu dəstəkləyəcəyini bildirib.
"Çin Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə vermək üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırdır", - deyə o bildirib.
Şibaninin Çinə səfəri Bəşər Əsəd rejiminin illərdir davam edən təcridindən sonra Suriyanın beynəlxalq səhnədəki diplomatik varlığını bərpa etmək səyləri fonunda baş tutub.
Qadir, Bizimyol.info