“CİN ŞÜŞƏDƏN ÇIXDI, NATO LƏĞV OLUNARSA...” Fidandan Trampın hərəkətləri ilə bağı açıqlama + VİDEO (Yenilənib)

07.03.2025

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Əgər NATO ləğv olunarsa, Türkiyə yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmaq istəyər. ABŞ Prezidenti Donald Trampın hərəkətləri öz mərkəzimizi yaratmaq və birləşmək zərurəti haqqında xəbərdarlıqdır”.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan “Financial Times” nəşrinə müsahibəsində deyib.

Avropanın təhlükəsizliyi ilə bağlı danışan Fidan bildirib ki, "Cin şüşədən çıxdı, onu geri qaytarmağın heç bir yolu yoxdur."

"Prezident Tramp indi Avropanı tərk etməmək qərarına gəlsə belə, tamamilə mümkündür ki, gələcəkdə oxşar baxışlara və siyasi ideyalara malik olan kimsə ABŞ-nin Avropa təhlükəsizliyinə töhfəsini azaltmağı düşünə bilər”, - Fidan deyib.

Hakan Fidan xorvatiyalı həmkarı Qordan Qlik Radman ilə birlikdə keçirdiyi mətbuat konfransında da bildirib ki, Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər.

O, söyləyib ki, Avropanın təhlükəsizliyi təkcə Ukrayna ilə bağlı məsələ deyil.

Nazir, həmçinin qeyd edib ki, ölkəsi Rusiya-Ukrayna müharibəsi ilə bağlı öhdəsinə düşəni etməyə hazırdır: “Biz həmişə bildirmişik ki, dialoqa və demokratiyaya əsaslanan təşəbbüslərə açığıq".

H.Fidan, eyni zamanda Türkiyənin bundan sonra da Suriyanı dəstəkləyəcəyini diqqətə çatdırıb.


“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью