Çin tarixinin ən isti payızını yaşadı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

04.12.2024

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Çin 1961-ci ildən bəri ən isti payız fəslini keçirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Milli İqlim Mərkəzinin verdiyi açıqlamaya görə, 2024-cü ilin 1 sentyabr-30 noyabr tarixləri arasında ölkə üzrə orta temperatur 11,8 dərəcə olaraq ölçülən halda, bu rəqəm əvvəlki illərin orta göstəricisini 1,5 dərəcə üstələyib.

Xüsusilə ölkənin mərkəzi, şərq, cənub-qərb və şimal-qərb rayonlarında havanın orta temperaturu əvvəlki illərlə müqayisədə 2-4 dərəcə artıb.

Bu dövrdə rütubət artıb, 9 qaşırğa baş verib, onlardan 5-i tayfunlar nəticəsində olub.

Meteoroloqlar yaxın qarşıdan gələn qış dövründə ölkənin əksər hissəsində orta temperaturun əvvəlki illərə yaxın və ya ondan yüksək olacağını proqnozlaşdırırlar.

Cəmalə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью