Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Çin Tayvanın keçirdiyi illik “Han Kuang” hərbi təlimlərini kəskin tənqid edib.
“Reuters”-in yaydığı xəbərə görə, Çin Müdafiə Nazirliyi təlimləri “israfçı nümayiş” adlandıraraq onların regionda müharibə ilə bağlı narahatlığı artırdığını bildirib.
Tayvanın hərbi təlimləri ötən həftədən başlayıb və müxtəlif mümkün münaqişə ssenarilərini, o cümlədən dəniz blokadasının yarılması və mühüm infrastrukturun qorunmasını əhatə edib. Reuters qeyd edir ki, təlimlər Çinin ada ətrafında hərbi fəallığını artırdığı bir vaxtda keçirilir.
Çin tərəfi bəyan edib ki, ölkənin Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və “separatizm və xarici müdaxiləyə” qarşı mübarizə imkanlarını artırır. Pekinin açıqlaması Tayvan ətrafında hərbi və siyasi gərginliyin yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrildiyini göstərir.
N.Adilqızı
XQ