Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Çin hökuməti “vahid Çin” prinsipi və 1992-ci il Konsensusu əsasında milli birləşmə məsələsində Tayvanla dialoqa hazırdır.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Çin Respublikasının ilk prezidenti Sun Yatsenin (1866–1925) anadan olmasının 160 illiyi münasibətilə keçirilən tədbirdə açıqlayıb.
Si Cinpin bildirib ki, Pekin Tayvanın bütün təbəqələrini təmsil edən sağlam düşüncəli şəxslərlə boğazın iki tərəfi arasındakı münasibətlər və milli birləşmə məsələlərini müzakirə etməyə hazırdır.
O, bu dialoqun “vahid Çin” prinsipi və 1992-ci il Konsensusu əsasında aparılacağını vurğulayıb. Qeyd edək ki, 1992-ci il Konsensusu Çin Kommunist Partiyası ilə həmin dövrdə Tayvanda hakimiyyətdə olan Kuomintang partiyasının nümayəndələri arasında əldə edilmiş razılaşmadır.
Sənədə əsasən, dünyada yalnız bir Çin dövlətinin mövcudluğu qəbul edilir. Lakin tərəflər bu prinsipə fərqli yanaşırlar. Pekin bunu 1949-cu ildə yaradılmış Çin Xalq Respublikası, Taybey isə həmin ilədək materik Çində mövcud olmuş Çin Respublikası kimi şərh edir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin