Çin təyyarələrin 20 000 km/saat sürətə çatmasını təmin edəcək mühərrik yaratdı | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır. Çin inqilabi hipersəs mühərriki təqdim edib.
Bu mühərrik təyyarələrin saatda təqribən 20 000 kilometr sürətə çatmasına imkan verəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Farmingdale Observer" məlumat yayıb.
Yeni mühərrikin əsas sirri onun iki müxtəlif rejimdə işləyə bilməsindədir.
Saatda 8575 km-ə (təqribən 7 Max sürət) qədər mühərrik fırlanmalı detonasiya üsulu ilə fəaliyyət göstərir.
Bu proses enerjidən maksimum dərəcədə səmərəli istifadəni təmin edir.
Bu sürətdən sonra isə mühərrik maili detonasiya rejiminə keçir - bu isə daha yüksək sabitlik və səmərəlilik verir.
Nəşr qeyd edir ki, bu texnologiya sayəsində təyyarə Parisdən Nyu-Yorka cəmi iki saata uça bilər.
Tam oxu
Xəbəri oxu