Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Çərşənbə axşamı ölkənin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində baş verən zəlzələ ilə əlaqədar Çin hakimiyyəti dünyanın ən hündür dağındakı Comolunqmada (Everest) istirahət zonasına turistlərin gəlməsinə müvəqqəti qadağa qoyub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Söhbət Tinqri dairəsindəki dağ kurortundan gedir. Orada yerləşən otellərə və ətraf infrastruktura ziyan dəyməyib. Bütün istirahət edənlərin və işçilərin təhlükəsiz olduğu bildirilir.
Qeyd edək ki, bu gün səhər Çinin Tibet Muxtar Bölgəsində baş verən 6,8 bal gücündə zəlzələdə ilkin məlumatlara görə 53 nəfər həyatını itirib, 62 nəfər yaralanıb. Zəlzələ Nepal və Hindistanda da hiss olunub.
Qadir, Bizimyol.info