Çin ticarət müharibəsinin kəskinləşməsi fonunda ABŞ şirkətlərinə qarşı tədbirlər elan etdi…
Icma.az bildirir, Qaynarinfo portalına istinadən. Çin çərşənbə axşamı günü amerikalı şirkətlərə, xüsusilə Google, kənd təsərrüfatı texnikası
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bu tədbirlər Çin tərəfindən bəzi Amerika mallarına, o cümlədən kömür və neftə tətbiq edilən yeni rüsumlarla eyni vaxtda qüvvəyə minib.
Çinin Ticarət Nazirliyi Calvin Klein və Tommy Hilfiger brendlərinin sahibi PVH Corp və ABŞ-ın biotexnologiya şirkəti Illumina-nı "etibarsız şirkətlər" siyahısına daxil etdiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, bu şirkətlər Çin müəssisələrinə qarşı "ayrımçı tədbirlər" tətbiq edib və "Çin şirkətlərinin qanuni hüquq və maraqlarına zərər vurub".
Siyahıya daxil edilən şirkətlər cərimələr və ticarət əməliyyatlarının dondurulması, xarici işçilər üçün icazələrin ləğvi kimi genişmiqyaslı sanksiyalara məruz qala bilərlər.
Bundan əlavə, Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi Google-un ölkənin antiinhisar qanunlarını pozmaqda şübhəli bilindiyini və bu barədə araşdırma başladıldığını elan edib.
Lakin işin detalları və mümkün qanun pozuntuları barədə məlumat verilməyib.
Tam oxu
Xəbəri oxu