Çin Tramp administrasiyasına meydan oxuyur: Sona qədər mübarizə aparmağa hazırıq

05.03.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Çinin Vaşinqtondakı səfirliyi ABŞ prezidenti Donald Trampın Çinə tətbiq edilən gömrük rüsumlarını 10 faizdən 20 faizə qaldırması ilə bağlı “ticarət müharibəsi və ya tarif müharibəsi olsun, sona qədər mübarizə aparmağa hazır olduğunu” bildirib.

Bizimyol.info xəbər verir ki, Trampın ölkəyə gələn “fentanillə mübarizədəki uğursuzluqlar” səbəbiylə Çinə tətbiq edilən tarifi yüzdə 10-dan yüzdə 20-yə qaldırdıqdan sonra Çinin Vaşinqtondakı səfirliyinin "X" hesabından yazılı açıqlama verilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cienin Vaşinqtonun addımı ilə bağlı sözlərini təkrar paylaşan bəyanatda bu ifadələr yer alıb: “Əgər Birləşmiş Ştatlar həqiqətən də fentanil problemini həll etmək istəyirsə, onda ediləcək ən doğru şey Çinlə məsləhətləşmək, bir-birinə bərabər davranmaqdır. Əgər Birləşmiş Ştatların istədiyi müharibədirsə, istər tarif müharibəsi, istər ticarət müharibəsi və ya hər hansı digər müharibə növü olsun, biz sona qədər mübarizə aparmağa hazırıq”, - deyə bəyanatda qeyd edilib.

ABŞ prezidenti Tramp fevralın 1-də imzaladığı fərmanla Çindən idxal olunan mallara 10 faizlik rüsum tətbiq edib. Tarif fevralın 4-dən qüvvəyə minib.

Çinlə razılığa gələ bilmədikləri təqdirdə tariflərin arta biləcəyi ilə bağlı xəbərdarlıq edən Tramp, fevralın 27-də "Truth Social" hesabında paylaşdığı paylaşımda martın 4-də Çinə 10 faiz əlavə rüsum tətbiq ediləcəyini açıqlayıb.

Dünən Tramp ölkəyə gələn “fentanillə mübarizədəki uğursuzluqları” əsas gətirərək Çinə tarifləri 10 faizdən 20 faizə qaldırdığını açıqlayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью