Çin Trampa belə cavab VERDİ Ticarət müharibəsi gərginləşir

09.04.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-Çin ticarət gərginliyi yeni mərhələyə qədəm qoyur. ABŞ-ın 104%-lik gömrük tarifi qərarına cavab olaraq Çin 84%-ə qədər əlavə tariflər tətbiq edəcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Çin Maliyyə Nazirliyi tərəfindən rəsmi bəyanat yayılıb.

Trampın elan etdiyi qərar qüvvəyə mindi - İqtisadi gərginlik davam edir

ABŞ Prezidenti Donald Trampın Çinə qarşı tətbiq etdiyi 104%-lik tarif qərarına Çin administrasiyası sərt cavab verib. Çin Maliyyə Nazirliyi tərəfindən yayılan rəsmi bəyanatda ABŞ mallarına əlavə 84% gömrük rüsumu tətbiq ediləcəyi bildirilib. Qərar əvvəlcə 34% səviyyəsində planlaşdırılsa da, Çin bu rəqəmi kəskin şəkildə artıraraq qlobal iqtisadi gərginliyi bir qədər də artırdı.
 

Trampın təhdidinə Çindən Cavab - Qlobal böhran dərinləşir

Çin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ünvanladığı bəyanatda ABŞ-ın bu addımını "qlobal ticarətə təhlükə" adlandırıb. Çinin ÜTT missiyası vəziyyətin təhlükəli şəkildə gərginləşdiyini və Pekinin bu ehtiyatsız hərəkətə qarşı olduğu mesajını verib.

Fidan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью