Çin Trampın ABŞ ilə tarif danışıqları üzrə iddiasını təkzib etdi

24.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Çin hökuməti ABŞ hökuməti ilə ticarət məsələləri və tariflərlə bağlı danışıqlara başlamayıb".

Oxu.Az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakun ABŞ Prezidenti Donald Trampın aktiv məsləhətləşmələr haqqında sözlərini şərh edərkən bildirib.

"Bunların hamısı yalan məlumatdır. Bildiyimə görə, Çin və ABŞ tarif məsələsi ilə bağlı məsləhətləşmələr və ya danışıqlar aparmayıb, hətta razılığa belə gəlməyiblər", - deyə Çin rəsmisi vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью