Çin Trampın tariflərindən belə yan keçir

05.05.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Çinli ixracatçılar Ağ Ev rəhbəri Donald Trampın yüksək idxal tariflərindən yayınmaq üçün mallarını üçüncü ölkələr vasitəsilə ABŞ-a göndərirlər.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Çinli ixracatçılar əsl mənşəyini ört-basdır etmək üçün mallarını üçüncü ölkələr vasitəsilə göndərməklə ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərdən qaçmaq səylərini gücləndirir. Çin isə şirkətlərini məhsullarını yeni mənşə sertifikatının veriləcəyi Cənub-Şərqi Asiya ölkələrinə göndərməyə çağırır”, - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью